вторник, 12 января 2016 г.

Hüseyn Cavid və tarixi şəxsiyyətlər

H.Cavidin yaradıcılığına nəzər saldıqda onun müxtəlif mövzularda əsərlər yazdığının şahidi oluruq.Biz də qrupla birlikdə ədibin  hansı tarixi şəxsiyyətlər haqqında əsərlər yazdığını aydınlaşdırmaq istədik.
H.Cavidin tarixi şəxsiyyətlərdən Ömər Xəyyam və Topal Teymurdan(Teymurləng)bəhs edən "Xəyyam"və "Topal Teymur" əsərlərini misal göstərmək olar.
 H.Cavid tarixi dram janrında 1925-ci ildə "Topal Teymur"adlı kamil səhnə əsəri yaradıb.Əsərin mövzusu XIVəsrin iki nəhəng hökmdarı-teymurilər imperiysının banisi,Orta Asiya hökmdarı Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən götürülüb."Topal Teymur"dramındakı Şair Girmani müəyyən mənada H.Cavid özüdür,onun ideyalarının,insanlıq,hökmdarlıq,məhəbbət,ülviyyət,mərdlik duyğularının tərənnümçüsüdür.Xalq oyun tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş Cücə personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmın tərənnümçüsüdür.



İsmi birləşmələr

Mövzu ilə bağlı olaraq ismi birləşmələr mövzusuna müaciət etməli olduq.
İsmi birləşmələr əsas tərəfi adlardan ibarət olan birləşmələrdir.Məsələn:böyük şair,Cavid ömrü,Cavidin əsərləri...
İsmi birləşmələrə təyini söz birləşmələri də deyilir.Təyini söz birləşmələrini forma və məna xüsusiyyətlərinə görə üç növə bölmək olar:
I növ təyinin söz birləşmələri
II növ təyini söz birləşmələri
III növ təyini söz birləşmələri
I növ təyini söz birləşmələrinin tərəfləri hal və mənsubiyyət şəkilçilərinin iştirakı olmadan yaranır.
II növ təyini söz birləşmələrinin birinci tərəfi şəkilçisiz,ikinci tərəfi isə mənsubiyyət şəkilçilərinin iştirakı ilə yaranır.
III nov təyini söz birləşmələri hal və mənsubiyyət şəkilçilərinin iştirakı ilə yaranır.
Buradan belə nəticəyə gələ bilərik ki,H.Cavidin "Topal Teymur"əsərinin adı yəni Topal Teymur söz birləşməsinin tərəfləri heç bir şəkilçi qəbul etmir.Bu baxımdan da birinci növ təyini söz birləşməsidir.
"Xəyyam"sözü isə söz birləşməsi deyil.

Tanışlıq

Salam,biz 0n birinci sinif şagirdləriyik.Ədəbiyyat dərsində müəllimə H.Cavidin həyat və yaradıcılığı ilə bağlı qrup işi hazırlamağı tapşırdı.Seçim nəticəsində bizə ikinci qrupun tapşırığını yerinə yetirmək tapşırıldı.
H.Cavidin həyat və yaradıcılığı rəngarəng və maraqlıdır.Biz də qrup üzvləri olaraq H.Cavidin tarixi mövzuda yazdığı əsərlər üzərində tədqiqat aparmağı qərara aldıq. Bir az da daha da maraqlı etmək üçün hansı tarixi şəxsiyyətlə bağlı əsər haqqında məlumat toplamaq istədik. Hətta bu əsərin adı ilə bağlı da fikir mübadiləsi aparmaq üçün Azərbaycan dilinə də inteqrasiya edərək  təyini söz birləşmələri haqqında da biliklərimizi dərinləşdirməyi qərara aldıq